Boris Nemtsov

Boris Nemtsov
Rusiya Federasiyası Baş Nazirinin I müavini
17 mart 1997 – 28 aprel 1998
PrezidentBoris Yeltsin
Rusiya Federasiyasının Energetika naziri
24 aprel 1997 – 20 noyabr 1997
PrezidentBoris Yeltsin
ƏvvəlkiPyotr Rodionov
SonrakıSergey Kirienko
Nijeqorod vilayətinin birinci qubernatoru
30 noyabr 1991 – 17 mart 1997
Baş nazirSergey Kirienko
ƏvvəlkiTəsis edilib
Sonrakıİvan Petroviç Sklyar
Rusiya Federasiyası Dövlət Dumasının üzvü
31 may 2000 – 29 dekabr 2003
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Soçi, Rusiya SFSR, SSRİ
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi Qətlə yetirilib
Dəfn yeri
Vətəndaşlığı Rusiya Rusiya
Partiya Sağ Qüvvələrin İttifaqı (1999-2008)
Həmrəylik
(2008-2010)
Xalq Azadlığı (2010-2012)
Fəaliyyəti siyasətçi, fizik, dövlət xadimi
Dini Rus Pravoslav Kilsəsi[3]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[4]
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri namizədi[d]

Təltifləri "Vətənə xidmətə görə" medalı (ikinci dərəcəli, 1995)
"Şahzadə Yaroslavın Müdriklik" ordeni (Ukrayna, IV dərəcəli, 2006)
"Azadlıq" ordeni (Ukrayna)
"IRI Azadlıq" ordeni
İmzanın şəkli
nemtsov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boris Efimoviç Nemtsov (rus. Борис Ефимович Немцóв) — rus liberal siyasətçi. Nemtsov Rusiyanın Sovet iqtisadi modelindən kapitalist modelinə keçidi mərhələsində çox mühüm rol oynamışdır.[5] Prezident Boris Yeltsin rəhbərliyində (1990-cı illərdə) uğurlu siyasi kareyeraya malik olmuşdur. 2000-ci ildən ölümünə qədər Vladimir Putinin açıq-aşkar ən böyük tənqidçisi olan Nemtsov, 27 fevral 2015-ci ildə ukraynalı sevgilisi Anna Duritskaya ilə birlikdə olarkən Moskva şəhərindəki Kremlin körpüsünün yaxınlığında arxadan açılan atəş nəticəsində qətlə yetirilmişdir.[6][7][8] Qətlə yetirilməsindən bir neçə həftə əvvəl Putinin onu öldürə biləcəyini bildirmişdir.[9][10] 2017-ci ilin iyununda Nemtsovun qətlində günahlandırılaraq 5 çeçen həbs edilmiş və onlar məhkəmədə bunu 15 milyon rubl (253.000 dollar) müqabilində etdiklərini etiraf etmişdirlər. Lakin bu qətlin sifarişinin kim tərəfindən verilməsi hələ də bilinmir.

Nemtsov Putin hakimiyyətini avtoritarlığın yüksəlişinə, qeyri-demokratik rejimə, məmur özbaşnalığına, korrupsiyaya, Soçi Olimdiyadasının təşkilindəki yeyintilərə, Rusiyanın Ukraynaya siyasi və hərbi müdaxiləsinə görə tənqid edirdi.[11] 2008-ci ildən sonra Nemtsov birbaşa Putin ilə əlaqələndirilən korrupsiya və yeyinti ilə bağlı apardığı araşdırmanı yayımladı. O, siyasi mübarizəsinin bir hissəsi kimi, "Narazıların yürüşü", "Strategiya-31" və "Ədalətli seçkilər naminə" adlı kompaniyaların təşkilatçısı və iştirakçısı idi.

Qətlə yetirildiyi ərəfədə Nemtsov Moskvada Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına və maliyyə böhranına qarşı etiraz nümayişi təşkil etməklə məşğul idi. O, həmçinin Ukraynadakı rus hərbi qulluqçularının ruspərəst üsyançılar tərəfdə Ukrayna dövlətinə qarşı döyüşdüyünü göstərən hesabat üzərində çalışırdı. Rusiyanın bu fəaliyyəti o zaman Rusiyadan kənarda bir o qədər də populyar deyildi.[12]

Nemtsov Nijni-Novqorodun ilk qubernatoru olmuşdur (1991–1997). Daha sonra o, Rusiya hökumətində Energetika naziri (1997), Rusiya baş nazirinin müavini və Rusiya Təhlükəsizlik Şurasının üzvü (1997–1998) kimi vəzifələrdə çalışmışdır. 1998-ci ildə Gənc Rusiya hərəkatının əsasını qoymuşdur. 1999-cu ildə "Sağ Qüvvələr İttifaqı" adlı seçki blokunun həmtəsisçilərindən olmuşdur. Bu blok sonralar siyasi partiyaya çevrilmişdir. O, dəfələrlə deputat seçilmişdir. Xalq Deputatları Sovetinin (1990), Federasiya Şurasının (1993–1997 və Dövlət Dumasının (1999–2003) üzvü olmuşdur.

O, həmçinin Dövlət Dumasının vitse-spikeri və "Sağ Qüvvələr İttifaqı"nın parlament qrupunun rəhbəri olmuşdur. 2008-ci ildə "Sağ Qüvvələr İttifaqı"nın parçalanmasından sonra "Həmrəylik" hərəkatının həmtəsisçisi olmuşdur. 2010-cu ildə "Qanunsuzluq və Korrupsiya olmayan Rusiya uğrunda" koalisiyasının həmtəsisçisi olmuşdur. Bu koalisiyanin partiya kimi qeydiyyatdan keçirilməsi rəsmi dairələr tərəfindən rədd edilmişdir. 2012-ci ildən etibarən qeydiyyatlı siyasi partiya olan Xalq Azadlıq Partiyasının həmsədri olmuşdur.[13][14]

Qətlə yetirildiyi zaman müxalif "Həmrəylik" hərəkatının liderlərindən biri, Yaroslavl vilayət parlamentinin seçilmiş üzvü, Liberallar və Demokratlar Alyansının üzvü olan və panavropaçı partiya olan Xalq Azadlıq Partiyasının həmsədri idi.

Qətlindən sonra Nyu-York Taymsdan Serge Sşmemann "Heç vaxt geri çəkilməyən islahatçı" başlıqlı məqaləsində yazırdı:[15]

" Hündür, yaraşıqlı, hazırcavab və ciddi sözlü olan Mr. Nemtsov həyəcanlı anda – kommunizm çökərkən və üfüqdə yeni era görünərkən – Rusiya üçün parlayan gənc istedadlı kişi idi. "

Nyu-York Taymsdan daha başqa bir jurnalist– Yuliya Yoffe də Nemtsovu təxminən bu tərzdə sözlərlə tərif etmişdir.[16]

  1. Немцова похоронили на Троекуровском кладбище Москвы (fr.). 2015.
  2. (unspecified title) (rus.).
  3. http://lib.rin.ru/doc/i/155886p7.html.
  4. Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. Birnbaum, Michael; Branigan, William. "Putin critic, Russian opposition leader Boris Nemtsov killed in Moscow". Washington Post. 28 fevral 2015. 17 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2015.
  6. Zimmerman, Malia (4 mart 2015). "Crossing the Kremlin: Nemtsov latest in long line of Putin critics to wind up dead" Arxivləşdirilib 2015-03-07 at the Wayback Machine, Fox News.
  7. Amos, Howard; Millward, David. "Leading Putin critic gunned down outside Kremlin". The Telegraph. London. 27 fevral 2015. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
  8. Kramer, Andew E. (27 fevral 2015) "Boris Nemtsov, Putin Foe, Is Shot Dead in Shadow of Kremlin" Arxivləşdirilib 2019-07-28 at the Wayback Machine, The New York Times.
  9. "Борис Немцов: Боюсь того, что Путин меня убьет". Sobesednik. 2019-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2015.
  10. "Jury passes guilty verdict in Nemtsov murder case". RT. 29 iyun 2017. 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
  11. Putin Critic Boris Nemtsov Shot Dead Arxivləşdirilib 2015-05-02 at the Wayback Machine, NPR.org, 27 fevral 2015.
  12. Birnbaum, Michael; Branigan, William. "Putin critic, Russian opposition leader Boris Nemtsov killed in Moscow". Washington Post. 28 fevral 2015. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2015.
  13. "Сопредседатели". Svobodanaroda. 28 fevral 2015 tarixində arxivləşdirilib.
  14. "Борис Немцов". Svobodanaroda. 24 oktyabr 2017 tarixində arxivləşdirilib.
  15. Schmemann, Serge. "The Brilliant Boris Nemtsov: A Reformer Who Never Backed Down". The New York Times. 2 mart 2015. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.
  16. Ioffe, Julia. "After Boris Nemtsov's Assassination, 'There Are No Longer Any Limits'". The New York Times. 28 fevral 2015. 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-17.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search